Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Bəstəkar, musiqiçilər



 


Qarayev Qara Əbülfəz oğlu

(1918 —1982) — bəstəkar, pedaqoq, istimai xadim. Azərb. xalq art. (1958), SSRİ xalq art. (1959). Azərb. EA akad. (1959). SSRİ Dövlət (1946, 1948), M. F. Axundov ad. Resp. (1965) və Lenin (1967) mükafatları laureatı. H.-un vəfatından sonra Azərb. bəstəkarlıq məktəbinə başçılıq etmiş, bu məktəbin inkişafına böyük təsir göstərmiş, özünəməxsus musiqi yaradıcılıq məktəbi yaratmışdır. Qara Qarayev 1935—38 illərdə ADK-da oxumuş, Azərb. xalq musiqisinin əsasları üzrə H.-dan dərs almışdır. 1938 ildən təhsilini Moskva konservatoriyasında davam etdirərək, 1946 ildə konservatoriyanı bitirmiş (D. Şostakoviçin bəstəkarlıq sinfini) və həmin ildən ADK-da dərs demişdir (1957 ildən prof.).

Q. musiqinin demək olar, bütün janrlarında yüksək bədii dəyərli əsərlər yaratmışdır. Novator sənətkar olan Q. Azərb. musiqisinin obraz-məzmun dairəsini xeyli genişləndirmiş, ilk dəfə psixoloji, fəlsəfi məzmunda əsərlər bəstələmişdir. İnsanın gözəllik uğrunda mübarizəsi Q. musiqisinin əsas mövzusudur. Q. yaradısılığının inkişaf mənbəyi rəngarəngdir. O, şifahi ənənəli Azərb. musiqisinin üslub xüsusiyyətlərindən, ələlxüsus aşıq və muğam sənətindən bəhrələnmişdir. Q.-in bir çox yaradıcılıq təşəbbüslərinin əsası H.-un musiqisi və estetik prinsipləri ilə bağlıdır. D. Şostakoviç, S. Prokofyev və İ. Stravinskinin də Q.-ə güslü təsiri olmuşdur. Klassik musiqi ənənələrini inkişaf etdirən Q. müasir musiqini neoklassik üsullu əsərlərlə zənginləşdirmişdir. Q. «Vətən» operasının (1945, S. Hacıyevlə birgə, dünya şöhrətli «Yeddi gözəl» (1952) və «İldırımlı yollarla» (1957) baletlərinin, «Soşğun qaskoniyalı» (1973) romantik musiqili komediyasının müəllifidir. Yaradısılığının ilk çağlarından Q. simf. musiqiyə meyl etmiş, bilavasitə H.-un təsiri altında «Azərbaysan süitası»nı (1939) yaratmışdır. O, 3 simfoniya, «Leyli və Məsnun» simf. poeması, «Alban rapsodiyası», «Vyetnam süitası», «Don Kixot» simfonik qravürlərinin, skripka ilə ork. üçün konsertin və s. müəllifidir. Onun kinofilmlərə, dram tamaşalarına yazdığı musiqi müstəqil müəllif konsepsiyası və simf. vüsəti ilə seçilir. O, H.-un «Aşıqsayağı» əsərini kamera ork.-i üçün transkripsiya etmişdir (1964). Q.-in publisist fəaliyyəti üçün dərin elmilik, dolğunluq, kəskin tənqid səsiyyəvidir. Onun fikir və mülahizələri qlobal estetik problemlər ətrafında qurulmuşdur. H.-un estetik təsəvvürlərindən bəhrələnərək Q. ənənə və novatorluq, millilik və beynəlmiləlçilik anlayışlarını öz baxımından hərtərəfli vəhdətdə şərh etmişdir.

H. kimi Q. də xalq musiqisini bəstəkar yaradısılığının əsas mənbəyi hesab edirdi. H.-u çox dərindən və həssaslıqla xarakterizə edərək onun Azərb.-da bəstəkarlıq yaradısılığının yaranması və inkişafındakı rolunu xüsusi vurğulamışdır. H. haqqında «Unudulmaz müəllim, böyük sənətkar» məqaləsində Q. yazırdı: «...Öz musiqi dilini zənginləşdirmək, yeni bədii ifadə vasitələri tapmaq məqsədini izləyən bəstəkar, xalq sənətinin həyat bulağından daim su içmişdir. Eyni zamanda, öz əsərlərində heç bir zaman xalq nəğmə və muğamlarını eynən təkrar etməmiş, xalq musiqisinin mahiyyətini ifadə etmək üçün özünün orijinal yaradısılıq üslubunu yaratmağa səy göstərmişdir. O, xalqın musiqisindən istifadə edərkən, onu yeni bir keyfiyyətlə,zənginləşdirilmiş bir şəkildə xalqa qaytarmaq məqsədini izləmişdir».

   

© Musigi Dunyasi