Ərəblinski Hüseyn
Məmməd oğlu
(təxəllüsü,
əsl soyadı Xələfov Hüseynbala)
(1881—1919)—aktyor, rejissor.
Azərb. professional teatr sənətinin
banilərindən biri. Səhnəyə ilk
dəfə 1897 ildə çıxmışdır.
Sonralar "Nicat" və "Səfa" cəmiyyətləri
nəzdindəki teatr truppalarında işləmiş,
1918 ildən Z. və Ü. Hacıbəyov
qardaşlarının teatr truppasında aktyor
və rej. (1918 ildən baş rej.) olmuşdur.
H.-la yaxın dost olan və onun
sənətinə yüksək qiymət verən
Ə. 1908 ildə "Leyli və Məcnun" operasının
ilk quruluşçu rej. olmuşdur. Sonralar bəstəkarın
"Ər və arvad", "Əsli və Kərəm",
"O olmasın, bu olsun", "Şah Abbas və Xurşid
Banu", "Arşın mal alan" əsərlərini
də uğurla tamaşaya qoymuşdur. Ə.-nin
yaradıcılığını diqqətlə
izləyən H. redaktoru olduğu "Azərbaycan"
qəzetində dəfələrlə onun
haqqında məqalələr yazmışdır.
Ə.-in xaincəsinə öldürülməsini
"əvəzolunmaz itki" adlandıran H. qatilin
ciddi cəzalandırılmasını tələb
etmişdir. Bəstəkar Ə.-nin ölümünün
20 illiyi münasibətilə "Revolyusiya və
kultura" (indiki "Azərbaycan") jurnalında dərc
etdirdiyi "Ərəblinski—teatr tariximizdə
unudulmaz sənətkardır" sərlövhəli
məqaləsində Ə.-nin "insanı heyrətə
salan və sevindirən bacarığa malik"
sənətkar olduğunu göstərirdi.