Salayev Həsənağa
Dərya oğlu
Həsənağa Dərya oğlu
Salayev 1922-ci il dekabr ayının 5-də Bakı
şəhərində anadan olmuşdur. Uşaqlıqdan
teatra böyük həvəsi Həsənağanı
Bakı teatr texnikumuna gətirir. 1939-cu ildə
texnikumuna daxil olan Salayev 1941-ci ildə oranı
bitirir.
1946-cı ildə H. Salayev Azərbaycan Dövlət
Akademik Dram Tetarında aktyoluğa başlayır.
Burada tezliklə Salayevin istedadı özünü
büruzə verir. Az keçmir ki, teatrın
bacarlıqlı aktyorlarından biri kimi tanınır.
İlk dəfə olaraq «Dumanlı Təbriz»
pyesində Qüdrət, «Qatır Məmməd»
pyesində isə Əziz rolları ilə
fəaliyyətə başlayan. Həsənağa
Salayevin bir-birinin ardınca yaratdığı
Bəhram («Solğun çiçəklər»),
İbad («Almaz»), Heydər bəy («Hacı
Qara»), Oqtay («Oqtay Eloğlu»), Elxan, Qorxmaz («Od
gəlini»), Haykaz («1905-ci ildə»), Sezar («Antonio
və Kleopatra»), Zaman («Dönüş»), doktor
(«Şöhrət, ya unudulan adam»), Fərhad
(«Sənsiz») və onlarla bu kimi müxtəlif
və rəngarəng rollar tamaşaçıların
dərin rəqbətini qazanmışdır.
H. Salayev istedadlı kino aktyoru kimi də tanınmışdır.
O, C. Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının
istehsal etdiyi filmlərdə Əmirxan («Aygün»),
Musa («Görüş»), Süleyman («Fətəli
xan»), Qüdrət («Onu bağışlamaq
olarmı?»), mayor Rüstəmov («İstintaq
davam edir») və başqa rollarda müvəffəqiyyətlə
çıxış etmişdir.
Coşqun yaradıcılıqla yanaşı
öz təhsilini davam etdirən H. Salayev 1968-ci
ildə B. A. Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunu
bitirmiş və hazırda orada «Sənət
və səhnə danışığı»
fənnindən dərs deyir. H. Salayevin səhnə
fəaliyyəti yüksək qiymətləndirilərək,
1959-cu ildə ona Azərbaycan SSR Əməkdar
artisti adı verilmişdir.