Təhmasib Rza Abbasqulu oğlu
(1891
—1980) — aktyor, rejissor, pedaqoq.
Azərbaycan xalq artisti (1964). Səhnə
fəaliyyətinə 1910 ildə Tiflisdə
«Müsəlman artistləri ittifaqı»nın
teatr truppasında başlamışdır.
Sonralar Tiflis, İrəvan, Naxçıvan,
Rəşt və s. teatrlarda aktyorluq və
rejissorluq etmişdir. 1920 ildən Azərbaycan
Dövlət Teatrında çalışmışdır.
1945 ildə Ü.Hacıbəyovun
eyniadlı musiqili komediyası əsasında
N. Leşşenko ilə birlikdə çəkdiyi
«Arşın mal alan» filmi az müddət ərzində
bütün dünyada məşhurlaşmış,
Azərbaycan kino tarixində görkəmli
yer tutmuşdur. Təhmasib bu filmə görə
Stalin Mükafatına layiq görülmüşdur
(1946).