Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Teatr və kino xadimləri



 


Vəkilova Leyla Məhət qızı

Vəkilova Leyla Məhət qızı –balerina, SSRİ xalq artisti.

1927-ci ildə müəllim ailəsində anadan olmuşdur. Xoreoqrafiya məktəbində təhsil almış və 1943-cü ildə buranı bitirmişdir.

1945-ci ildə sənətini təkmilləşdirmək məqsədilə Moskvaya Akademik Dövlət Böyük Teatrı nəzdində xoreoqrafiya məktəbinə göndərilmişdir.

1946-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlamışdır.

Leyla Vəkilovanın sənəti respublikadan kənarda da məşhurlaşmışdır. O, Moskvada konsertlərdə çıxış etmış, Varşavada keçirilən gənclərin beşinci ümumdünya festivalında iştirak etmiş, Tbilisi opera və balet teatrında balet tamaşalarında qastrolda olmuşdur.

L.Vəkilova səhnədə yaddaqalan obrazlar yaratmışdır: Gülşən (S.Hacıbəyov “Gülşən”), Ayşə (Q.Qarayev “Yeddi gözəl”), Gülyanaq (Ə.Bədəlbəyli “Qız qalası”), Odilliya-Odetta (P.Çaykovski “Qu gölü”) və s.

İfaçılıq fəaliyyəti ilə yanaşı, Leyla Vəkilova həmçinin Bakı Xoreoqrafiya məktəbində müəllim kimi də çalışmışdır.

L.Vəkilova balet sənəti sahəsindəki xidmətlərinə görə Azərbaycanın əməkdar artisti (1946), xalq artisti (1958), SSRİ xalq (1967) fəxri adına layiq görülmüşdür.

   

© Musigi Dunyasi