Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Teatr və kino xadimləri



 


Abdullayev Əlibaba Əbdül oğlu

1915-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ə. Abdullayev ifaçılıq fəaliyyətinə

1930-cu illərdə Azərbaycan Dövlət filarmoniyası mahnı və rəqs ansamblının solisti kimi başlamışdır. Onun yaradıcılıq bioqrafiyası Milli rəqs sənətinin təbliğinə və inkişafına həsr olunmuşdur.

1940-cı illərin əvvələrində Ə. Abdullayev Azərbaycan Dövlət Mannı və Rəqs ansamblının rəqs qrupuna rəhbərlik etmişdir. Eyn zamanda baş baletmeyster kimi də fəaliyyət göstərmişdir. Ü. Hacıbəyovun «Arşın mal alan» musiqili komediyasında, Z. Hacıbəyovun «Aşıq Qərib» operasında, Z. Paliaşvilinin «Daisi» operasında və bir sıra bədii filmlərdə onun quruluş verdiyi parlaq və koloritli folklor rəqsləri respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Ə. Abdullayevin «Vətən və cəbhə», xoreoqrafiya kompozisiyası, «Xalqlar dostluğu» məhsul süitaları, «Vağzalı», «Yallı», «Nəlbəki» rəqsləri və b. Azərbaycan Xoreoqrafiya sənətinin qızıl fonduna daxil olmuş bir çox başqa rəqslər geniş şöhrət qazanmışdır.

Ə. Abdullayev Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri idi, respublikada özfəaliyyət rəqs sənətinin inkişafına çoxlu qüvvə və əmək sərf etmişdir.

Azərbaycan rəqs sənətinin inkişafında böyük xidmətlərinə görə Ə. Abdullayev Azərbaycan SSR xalq artisi fəxri adına layiq görülmüşdür.

O, SSRİ medalları ilə, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanları ilə təltif edilmiş.

   

© Musigi Dunyasi