Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Teatr və kino xadimləri



 


Əfqanlı Rza Rüstəm oğlu (Cəfərzadə)

Əfqanlı Rza Rüstəm oğlu (Cəfərzadə) – aktyor, Azərbaycan Xalq artisti.

Rza Əfqanlı Rüstəm oğlu 1899-cu ilin may ayında Cənubi Azərbaycanın Sərab şəhərinin yaxınlığında Oğan kəndində anadan olmuşdur. .

Cavan yaşlarından teatra böyük maraq göstərən Rza Əfqanlı 1923 – 26-cı illərdə Bakı teatr texnikumunda oxumuşdur. Hələ tələbə olarkən Azərbaycan Dövlət teatrının tamaşalarında çıxış etmiş və uzun müddət həmin teatrda çalışmışdır. .

R. Əfqanlı həm klassik, həm də müasir xarakterli obrazların ifaçısı kimi tanınır. Onlardan Yaqo («Otello»), Paratov («Cehizsiz qız»), general-qubernator («1905-ci ildə»), Eldar («Vaqif»), Nəbi («Qaçaq Nəbi»), Yaşar («Yaşar»), Yarovoy («Lyubov Yarovaya»), Muravyev («Qaliblər») və b. göstərmək olar. .

Azərbaycan kinematoqrafiyası sahəsində də onun xidmətləri böyükdür. O, C. Cabbarlı adına «Azərbaycanfilm» studiyasının istehsalı etdiyi «Bakılılar», «Kəndlilər», «Yeni horizont», «26 Bakı komissarı» və b. filmlərdə əsas rollarda çəkilmişdir. .

R. Əfqanlı səhnə incəsənətini inkişaf etdirmək sahəsindəki mədəni xidmətlərinə görə Lenin ordeni və Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. .

1943-cü ildə ona Respublikanın xalq artisti kimi yüksək ad verilmiş, 1947-ci ildə isə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. .

R. Əfqanlı 1973-cü ilin noyabr ayının 19-da vəfat etmişdir.

   

© Musigi Dunyasi