Əliyeva Ətayə Qulam
qızı
Əliyeva Ətayə Qulam qızı
1918-ci ildə Aşqabad şəhərində
anadan olmuşdur. İlk təhsilini uşaq
əmək məktəbində alan Ətayə
xanım, səhnə fəaliyyətinə
Aşqabad musiqili dram teatrında başlayır.
Onun ilk çıxışı 1933-cü
ildə R. Əfqanlının Aşqabad musiqili
dram teatrında tamaşaya qoyduğu «Aşıq
Qərib» tamaşasında Qəribin bacısı
rolu olur. 1934-cü ildə Bakıya gələrək
Teatr məktəbinə girir. Burada F. Qədirinin
təşəbbüsü ilə dram dərnəyində
bir neçə epizodik rollarda çıxış
edir, sonra isə teatra artist kimi qəbul olunur.
Teatrda Ətayə Raya («Özgə uşağı»),
Aida («Madrid»), Nazlı («Ölülər»)
rollarını ifa edir.
Ə. Əliyevanın yaradıcılığının
böyük bir dövrü Yerevandakı C.
Cabbarlı adına Dram Teatrı ilə bağlıdır.
O, müxtəlif illərdə bu teatrda işləyir.
Burada gənc aktrisa Afaq, Həcər, Məryam,
İnçi kimi gözəl səhnə obrazlarını
yaradır.
1948-ci ildən C. Cabbarlı adına Kirovabad
dram teatrında çalışır. Burada
Ətayənin surətlər qalereyasına
Xuraman, İrada, Yetər, Səadət, Almas,
Sona, Gültəkin kimi səhnə obrazları
daxil olur.
1956-cı ildə Ə, Əliyeva yenidən
Azərbaycan Dölət Akademik Dram teatrına
qayıdır. Burada Ətayə xanım klassik
və müasir dramaturqların bir sıra
əsərlərinin tamaşasında məharətlə
çıxış edir.
Ə. Əliyeva kino aktyoru kimi də tanınır.
O, «Onu bağışlamaq olarmı?» filmində
leytenant Qarayeva, «Bizim küçə» filmində
Bəyim xala, «Telefonçu qız» filmində
Simuzər, «Uşaqlığın son gecəsi»
filmində Mənsurə xala və başqa
rollarda çəkilmişdir.
Ə. Əliyevanın əməyini yüksək
qiymətləndirilərək ona 1964-cü
ildə Azərbaycan SSR əməkdar artist
fəxri adı verilmişdir.