Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Teatr və kino xadimləri



 


Ələkbərov Ələsgər Qacı Ağa oğlu

Ələkbərov Ələsgər Hacı Ağa oğlu – aktyor. 1910-cu ildə Bakıda anadan olmuşdur.

Məktəb yaşlarından teatrla maraq göstərmişdir. 1924-cü ildə Əbilov adına klubun teatr dərnəyinə yazılmış, ilk dəfə bu səhnədə çıxış etmişdir. 1927-ci ildə Teatr məktəbinə daxil olur, Azərbaycan işçi teatrının səhnəsində təcrübə keçir.

1930-cu illərdə Tbilisidə Azərbaycan dram teatrında, Bakı və Gəncə teatrında çalışır. 1938-ci ildən ömrünün sonuna kimi M.Əzizov adına Azərbaycan dram teatrında fəaliyyət göstərmişdir.

1939-cu ildə Bakı şəhər sovetinin, 1962-ci ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Tetar sənətindəki xidmətlərinə görə Ə.Ələkbərov orden və medallarla təltif olunmuşdur. Ləkbərovun kinematoqrafiya sahəsində də xidmətləri böyükdür. O, «Azərbaycanfilm» istehsalı olan «Kəndlilər», «Fətəli xan», «Qara daşlar», «Səhər», «Leyli və Məcnun», «Böyük dayaq» və s. Filmlərdə baş rollarda çəkilmişdir.

Ə.Ələkbərov 1959-cu ildə Moskvada dram teatrların festivalında «Cavanşir» pyesində yaratdığı baş qəhrəman surətinə görə laureat adına, 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. Ə.Ələkbərov 1963-cü ildə Bakıda vəfat etmişdir.

   

© Musigi Dunyasi