Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Şair və yazıçılar



 


Əlibəyov Ənvər Əliverdi oğlu

Əlibəyov Ənvər Əliverdi oğlu – şair, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

1916-cı il aprelin 1-də Bakıda fəhlə ailəsində doğulmuşdur. Yeddiilik məktəbi bitirib tibb politexnikumunun əczaçılıq fakültəsində, ADU-nun fəhlə fakültəsində (1934-1937) təhsil almışdır. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1936-cı ildə kiçik yaşlı uşaqlar üçün şerlər yazır, onları dövri mətbuatda arabir çap etdirir. 1938-ci illdə radio verilişləri komitəsində işə girir, orada ədəbi dram bölməsində redaktor vəzifəsində çalışır. 1941-ci ilin avqustunda səfərbərliyə alınır, 416-cı atıcı diviziyanın tərkibində ağır döyüş yolu keçir. Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edir. «Vətən müharibəsi» (II dərəcəli), «Qırmızı ulduz» ordenləri, «Qafqazın müdafiəsinə görə», «Almaniya üzərində qələbəyə görə» medalları ilə təltif olunur. 1944-cü ilin iyulunda ağır yaralandığı üçün ordu sıralarından tərxis edilir. 1944-1945-ci illərdə «Vətən uğrunda» jurnalının məsul katibi işləyir.

1968-ci il mayın 7-də qəflətən vəfat etmişdir.

   

© Musigi Dunyasi