Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Şair və yazıçılar



 


Billuri Hökumə İbtahim qızı

Billuri Hökumə İbtahim qızı (1926-2000) –şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1984), əmək veteranı (1985)

1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində dəmirçi ailəsində anadan olmuşdur. “Azəri” orta qız məktəbində təhsil almış (1933-1943), həmin məktəbdə müəllimə saxlanmışdır. Sovet Ordusu İranda olduğu dövrdə ivtimai siyasi fəaliyyətə başlamışdır. Xəmsə vilayət partiya komitəsinin üzvü olmuşdur. İlk şerlərini orta məktəbdə ikən fars, sonra Azərbaycan dilində yazmışdır. Onun Azərbaycan dilində qələmə aldığı ilk şerləri, “Fəhlə”, “Gözlərim”, “Sübh açıldı”, və s.məqalələri 1945-ci ildə “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında çıxmışdır.Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsi təbliğat şöbəsinin sədr müavini və SSRİ ilə İran arasında mədəni rabitə cəmiyyəti Zəncan şöbəsinin sədr müavini , mədəniyyət evi kitabxanasının müdri vəzifəsində işləmişdir.(1945-1946). Cənubi Azərbaycanda inqilabi hadisələrin fəal iştirakçısı olduğuna görə “21 Azər” medalı ilə təltif edilmişdir. 1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayır. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olmuş, dövri mətbuatda müntəzəm çıxış etmişdir. “Şerlər” (1955), “Azadlıq baharı” (1963), “İthaf” (1970), “Sənin könül otağın” (1980) və b.kitabları Moskva və Bakıda rus dilində nəşr olunmuşdur.

ADU-nun filaloqiya fakültəsini bitirmiş (1952), Azərnəşr ədəbi-bədii şöbədə redaktor işləmiş (1952-1954), sonra Azərbaycan KP MK nəzrində partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. (1954-1956). Bu dövrdə o, iki dəfə Azərbaycan Demokrat Partiyası MK-nın üzvü seçilmişdir. 1956-1960- cı illərdə Azərbaycan Demokrat Partiyası MK-nın siyasi orqanı – “Azərbaycan “ qəzetinin baş redaktoru vəzifəsində işləmişdir. 1960- 1963-cü illərdə Moskvada Sov. İKP MK nəzrində olan ictimai Elmlər Akademiyasını bitirmiş, orada “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda diserrtasiya müdafiə edərək filalogiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1964-cü ildən Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsində işəlmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və SSRİ medalları ilə təltif edilmişdir.

2000-ci il nobyabrın 22-də Bakıda vəfat etmişdir.

   

© Musigi Dunyasi