Qurbanov Şıx-Əli
Qurban-Əli Oğlu
(16.08.1925, Bakı – 24.05.1967, Bakı)
– Azərbaycan yazıçısı, ədəbiyyatşünas,
ictimai xadim, filologiya elmləri doktoru (1964).
Ü.Hacıbəyov ad. Respublika Dövlət
mükafatı laureatı (1967). 1961-66 illərdə
Azərbaycan Elmlər Akademiyası Nizami ad.
Ədəbiyyat və Dil İnstitutunun ədəbi
əlaqələr şöbəsinin müdiri
işləmişdir.
«Əcəb işə düşdük» (1962),
«Özümüz bilərik» (1963), «Olmadı
elə, oldu belə» (1964) komediyalarında
bürokratlar, əliəyrilər və fırıldaqçılar
satira atəşinə tutulur. «Milyonçunun
dilənçi oğlu» (1966) komediyasında
burjua əxlaqı və ailə münasibətləri
ifşa olunur. «Sənsiz» (1967) pyesi SSRİ-nin
bir sıra şəhərlərində, Razqradda
(Bolqarıstan) tamaşaya qoyulmuşdur. Lirik
şeir, poema və hekayələr də yazmışdır.
Azərbaycan-rus ədəbi əlaqələrinə
dair tədqiqatların müəllifidir.
Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi
Təbliğat və Təşviqat şöbəsinin
müdiri (1954-55), Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsi Təbliğat və
Təşviqat şöbəsinin müdiri
(1957-61), Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi katibi və Büro üzvü
(1966 ildən) olmuşdur.