Əmirov Cəmşid Cabbar
oğlu
Əmirov
Cəmşid Cabbar oğlu –nasir, 1962- ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
1918-ci il fevralın 10-da Azərbaycanın
Naxçıvan şəhərində anadan
olmuşdur. Orta məktəbi bitirib M.Əzizbəyov
adına Azərbaycan Sənaye İnstitutuna
daxil olmuş (1034), eyni zamanda respublika qəzetlərində
əməkdaşlıq etmişdir. Son kursda
institutu tərk etdiyinə görə öz
ixtisası üzrə (mühəndis- qeoloq)
işləməyə həvəs göstərməmişdir.
“Azərbaycan idmançısı” qəzetində
məsul kitab ( 1937-1940), “Gənc işçi”
qəzetində şöbə müdiri (1940-1941),
“Bolşevik nefti” qazetində məsul katib
(1941), “Əzizbəyovneft” trestində mühəndis-qeoloq
(1941-ci ilin mayından dekabrınadək) işləmişdir.İkinci
Dünya müharibəsində, ön cəbhədə
Sovet Ordusu tərkibində zabit kimi Almaniya,
Polşa, Çexoslovakiya, Avstriya və Çin
ölkələrində olmuşdur.
Ordudan tərxis ediləndən
sonra “ Amustral” kambinatının tikintisində
fəal iştirak etmişdir. Sonra “Azərbaycan
gəncləri” qəzetində şöbə
müdiri, “Sovet ticarəti” (Moskva) qəzetində
xüsusi müdir, Azneftnəşrdə baş
redaktor, “Azərbaycan neft təsərrüfatı”
jurnalında redaktor müavini, “Bakı” qəzetində
şöbə müdiri işləmişdir.Bir
müddət Bakı maliyyə-kredit texnikumunda
direktor (1969-1972) olmuş, sonra fərdi təqaüdə
çıxmışdır. “Vətən müharibəsi”
( I dərəcəli) , “Qırmızı
ulduz” ordenləri, “ Döyüşdə fərqlənməyə
görə” , “Köniqsberqin alınmasına
görə”, “Yaponiya üzərində qələbəyə
görə” medallarına layiq görülmüşdür.
Ədəbi yaradıcılığa 1940-cı
illərdən oçerk, felyeton və hekayələrlə
başlamışdır. Onun ilk mətbu oşerki
“ Dəqiqələr, saniyələr...” “Azərbaycan
gəncləri” qəzetinin 28 avqust 1946-cı
il tarixli sayında dərc edilmişdir.
1982-ci il dekabrın 29-da vəfat
etmişdir.