Cabbarlı Cәfәr
Qafar oğlu
(1899—1934) — dramaturq, şair, yazıçı,
rejissor. Azәrb. әmәkdar inc. xad. (1932).
Yaradıcılığa lirik
vә satirik şerlәrlә başlamış,
һekayәlәr yazmışdır.
Lakin C. әdәbiyyat tarixindә yeni Azәrb.
dramaturgiyasının banisi kimi tanınmışdır.
Onun "Solğun çiçәklәr"
(1917), "Aydın" (1919), "Oqtay Eloğlu" (1922),
"Od gәlini", "Sevil" (һәr ikisi 1928),
"1905 ildә", "Almaz" (һәr ikisi 1931),
"Yaşar" (1932) vә s. pyeslәri Azәrb.
dramaturgiyası, teatrı, һabelә kinosunun
inkişafında müstәsna rol oynamışdır.