Ələkbər Ziyatay
(Cəfərov Həsən oğlu)
Ələkbər
Ziyatay (Cəfərov Həsən oğlu)
– şair, tərcüməçi 1913-cü
il dekabrın 21-də Gəncə şəhərində
anadan olmuşdur.
1933-cü ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə
daxil olmuş, 1937-ci ildə həmin institutu
bitirmiş və institutu elmi şurasının
qərarı ilə azərbaycan dili kafedrasında
baş müəllim kimi saxlanılmışdır.
Ələkbər Ziyatay 1937-1940-cı illərdə
«Ədəbiyyat qəzeti» redaksiyasında
poeziya şöbəsinin müdiri vəzifəsində
çalışmışdır.
1938-ci ildə Azərbaycan Yazıçılar
İttifaqının üzvlüyünə
qəbul olunmuşdur.
O, 1935-ci ildən ədəbi fəaliyyətə
başlamışdır. Onun ilk şeirləri
olan «İkibaşlı qartal», «Berlində
yanğın», «İki cahan» respublika qəzet
və jurnallarında dərc olunmuşdur.
1940-1950-ci illərdə Azərbaycan Yazıçılar
İttifaqı Gəncə filialında məsul
katib vəzifəsində çalışmışdır.
1948-ci ildə Kirovabad şəhər zəhmətkeş
deputatları Sovetinin deputatı seçilmişdir.
1950-1959-cu illərdə o, Bakıda Azərbaycan
Dövlət nəşriyyatında redaktor
«Ədəbiyyət və İncəsənət»
qəzeti redaksiyasında poeziya şöbəsinin
müdiri vəzifələrində işləmişdir.
Ə. Ziyatayın «Həyat nəğmələri»,
«Məhəbbət sinağı», «Bakı
gecələri» və digər Şeir kitabları
nəşr olunmuş, sözlərinə
mahnılar bəstələnmişdir.
Ə. Ziyatayın yaradıcılığında
bədii tərcümə xüsksi yer tutur.
O, Nomerin «Odisseya», Lope de Veqanın «Nə yardan
doyur, nə əldən qoyur», Əlişir
Nəvainin «Yeddi səyyarə», A. Qriboyedovun
«Ağıldan bəla», M. Cəlilin «Moabit
dəftəri» və başqa şairlərin
şerlərini doğma dilə çevirmişdir.
Onun A. Puşkindən, N. Nekrasovdan, T. Şevçenkodan
çoxlu tərcümələri vardır.
O, 1982-ci il iyulun 2-də Bakıda vəfat
etmişdir.