Əlfi Səhlik oğlu
Qasımov
(1927 - 1925)
1927-ci il yanvar ayının 5-də Ağdam
rayonunun Poladlı kəndində anadan olmuşdur.
Yeddiillik təhsilini kənddə alan Ə.
Qasımov Ağdam pedaqoji texnikumuna daxil olur.
Texnikumu bitirdikdən sonra Ağcabədi rayonunun
Xocavənd və Boyad kəndlərində
müəllimlik edir.
Ə. Qasımov 1944-cu ildə Ağdamdakı
2 illik müəllimlər institutuna daxil olub,
1946-cı ildə oranı bitirir.
O, 1946 – 51-ci illərdə Azərbaycan Dövlət
Universiteti filologiya fakultəsinin jurnalistika
şöbəsində oxumuşdur. Ə.
Qasımov, oranı bitirdikdən sonra «Azərbaycan
müəllimi» qəzetində şöbə
müdiri və redaktor müavini (1951 – 1958-ci
illər), «Ədəbiyyat və incəsənət»
qəzetində məsul katib (1958 – 1966-cı
illər) vəzifələrində çalışmışdır.
1966-cı ildən Ə. Qasımov Azərbaycan
SSR Nazirlər Sovetini Dövlət mətbuat
komitəsində nəşriyyat idarəsinin
rəisidir.
Ə. Qasımov ədəbi yaradıcılığa
ilk dəfə 1945-ci ildə Ağdamda müəllimlər
institutunda oxuyarkən başlamışdır.
«Xalq arzusu» adlı ilk şerri Ağdamda çıxan
«Lenin yolu» qəzetində çap olunmuşdur.
Universitetdə oxuduğu illərdə Ə.
Qasımovun şerləri respublikanın müxtəlif
qəzet və jurnallarında dərc edilmişdir.
Ə. Qasımovun «Ərimizin ətəklərində»
adlı ilk oçerklər kitabı 1954-cu ildə
çapdan çıxmışdır. Bundan
sonra isə «Şagird briqadaları» (1960),
«Odlu ürək» (1962), «Dnepr qəhrəmanı»
(1963), «Ulduz karvanı» (1967), «Saçlar ağarsa
da» (1970) adlı oçerklər kitabları
nəşr olunmuşdur. Roman 1972-ci ildə
qırğız dilinə tərcümə
edilmişdir.
Ə. Qasımov «Məni qınamadın» (1968)
adlı povest və hekayələr kitabının,
«Qızburunda tək məzar» (1970) adlı
sənədli povestin də müəllifidir.
1985-ci il martın 12-də Bakıda vəfat
etmişdir.