Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Şair və yazıçılar



 


Məmməd Əkbər (Əkbərov) Həmzə oğlu

Məmməd Əkbər (Əkbərov) Həmzə oğlu – jurnalist, yazıçı (1909 - 1974)

M. Əkbər 1909-cu ildə may ayının 5-də Naxçıvan MSSR Ordubad şəhərində sənətkar ailəsində anadan olmuşdur.

Ordubadda klubda və kitabxanada işləmiş edərək, öz dünya görüşünü artırmışdır. Onun «Ordubad klubunun halı» adlı ilk yazısı 1924-cü ildə «Yeni fikir» qəzetində dərc edilir. 1925-ci ildə isə Ordubadda yeni açılan kəndli-gənclər məktəbində oxuyan M. Əkbər 1927-ci ildə Naxçıvan pedaqoji texnikumuna göndərilir. Naxçıvan pedaqoji texnikumunu bitirdikdən sonra «Kəndli qəzeti»ndə müxbir kimi işləməyə başlayan M. Əkbər 1929-cu ildə Bakıda «Kommunist» qəzeti redaksiyasında çalışır. O, burada Bakı neftçilərinin həyatından bəhs edən bir sıra oçerklər yazır və qəzetin səhifələrində dərc etdirir.

M. Əkbər 1930-cu ildən başlayaraq hekayələr də yazmış və «İnqilab və mədəniyyət», «Hücum» jurnallarında çap etdirmişdir.

1932-ci ildə onun ilk oçerklər və hekayələr kitabı «Şamdan» Adı ilə Azərnəşr tərəfindən nəşr etdirmişdir.

1931 – 1938-ci illərdə M. Əkbər «İnqilab və mədəniyyət», «Ədəbiyyət qəzeti», Azərbaycan yazıçılar orqanı olan müxtəlif qəzet və jurnalarında jurnalistlik fəaliyyətini davam etdirmiş və 1944-cü ildən 1959-cu illər arasında isə «Ədəbiyyat və incəsənət» qəzetində məsul katib vəzifəsində çalışmışdır.

40 ildən çox ayrı-ayrı mətbuat səhifələrində çalışan M. Əkbərin bir çox oçerk və hekayələr kitabı nəşr edilmişdir: «Sumqayıtın gənc quruçuları» (1958), «Həyatımızdan səhifələr» (1963), «Qaliblər», «Dostlar və tanışlar» (1965) və s.

O, həm də tərcüməçiliklə də məşhul olmuş 1951 – 52-ci illər də Çin, bolqar yazıçılarının hekayələrini dilimizə tərcümə etimiş və kitab halında çap etdirmişdir. M. Əkbərin yazıçılıq və jurnalistlik fəaliyyəti partiya və hokumət tərəfindən layiqincə qiymətləndirilmiş və o, «Qafqazın müdafiəsi uğrunda», «1941 – 1945-ci il Vətən müharibəsi illərində əmək şücətinə görə» medalları ilə təltif olunmuşdur.

M. Əkbər 1974-cü il dekabr ayının 10-da Bakı şəhərində vəfat etmişdir.

   

© Musigi Dunyasi