Əfəndiyev İlyas
Məhəmməd oğlu
(26.5.1914, Qaryagin, indiki Füzuli
ş.-1996, Bakı)– Azərbaycan yazıçısı.
Azərbaycan xalq yazıçısı (1979)
və əməkdar incəsənət xadimi
(1960). Azərbaycan Dövlət mükafatı
laureatı (1972).
Azərbaycan Pedaqoji İnstitutunun
coğrafiya fakültəsini bitirmişdir
(1938). «Kənddən məktublar» adlı ilk
povest və hekayələri «Aydınlıq
gecələr» (1945) kitabında toplanmışdır.
Yeni ictimai proseslər, adamların
psixologiyasında baş verən dəyişikliklər,
yeniliklə köhnəliyin mübarizəsi
«İşıqlı yollar» (1947), «Bahar suları»
(1948), «Atayevlər ailəsi» (1954) pyeslərinin
əsas mövzularıdır. «Söyüdlü
arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar
arxasında üç dost» (1963) romanlarında
zəngin mə‘nəviyyatlı müasirlərimizin
dolğun bədii obrazları yaradılmış,
şüurlardakı gerilik, mühafizəkar
təsəvvürlər tənqid edilmişdir.
«Sarıköynəklə Valehin
nağılı» (h. 1–2, 1976–78) romanında
«şəxsiyyət və cəmiyyət»
mövzusu müasir ideya–estetik tələblər
səviyyəsində həll olunmuşdur.
Müasir mə‘nəvi-əxlaqi problemlərdən
söhbət açan «Sən həmişə
mənimləsən» (1964), «Mənim günahım»
(1967), «Unuda bilmirəm» (1968), «Məhv olmuş
gündəliklər» (1969), «Qəribə
oğlan» (1973), «Bağlardan gələn səs»
(1976) pyesləri Azərbaycan dramaturgiyasında
psixoloji dramın nümunələridir. «Mahnı
dağlarda qaldı» (1971) pyesi Azərbaycanda
inqilabi mübarizə və Sovet hakimiyyətinin
qələbəsindən bəhs edir. Əmək
adamlarına həsr olunmuş oçerkləri
və ədəbi tənqidi məqalələri
də var.
Əsərləri bir sıra
xarici dilə tərcümə edilmiş,
dramları bir sıra teatrların səhnəsində,
«Sən həmişə mənimləsən»
pyesi isə Bolqarıstanda tamaşaya qoyulmuşdur.
Oktyabr İnqilabı, Qırmızı
Əmək Bayrağı, «Şərəf
nişanı» ordenləri və medallarla təltif
edilmişdir.