Hafiz Baxış (Baxışov
Hafiz Həbib oğlu)
Hafiz
Baxış (Baxışov Hafiz Həbib oğlu)
– şair (1932 - 1989).
Şair Hafiz Baxış 1932-ci il oktyabrın
15-də Zəngəzur mahalı Qafan bölgəsinin
Yuxarı Kirətağ kəndində müəllim
ailəsində anadan olmuşdur. Orta məktəbi
(1950-ci ildə) Qafan bölgəsinin Şəhərcir
kəndində bitirmişdir.
1950 – 1952-ci illərdə Qovşud kəndində
ibtidai sinif müəllimi işləmiş,
1952 – 1956-cı illərdə Azərbaycan
Dövlət Teatr İnstitutunun teatr və
kino aktyorluğu fakultəsində təhsilini
davam etdirmişdir. Tələbəikən
1954-cü ildə Azərbaycan diviziyasında
bədii özfəaliyyətin rəhbəri
olmuşdur. 1956 – 1961-ci illərdə Sumqayıt
şəhərində tərbiyəçi,
pionerlər evinin və mədəniyyat sarayının
direktoru vəzifəsində çalışmışdır.
1961-ci ildə Azərbaycan Dövlət Radio
və Televiziya verilişləri Komitəsində
rejissor köməkçisi, rejissor, yüksək
dərəcəli rejissor vəzifələrində
fəaliyyət göstərmişdir. İlk
şeirləri «Sosialist Sumqayıtı» qəzetində
dərc olunmuşdur, «Samur – Dəvəçi
kanalı» adlı ilk şerri də həmin
qəzetin 1957-ci il 9 fevral tarixli sayında
dərc olunmuşdur, «Zirvə» adlı ilk
poeması isə «Azərbaycan» jurnalının
1968-ci il 2-ci sayında çap olunmuşdur.
Bundan sonra o, altı poema qələmə
alsa da lirik şair kimi tanınmışdır.
İyirmidən çox şeirinə musiqi
bəstələnmişdir.
Şair Hafiz Baxış 1989-cu ildə sentyabrın
4-də vəfat etmişdir.