Xəlil Rza Ulutürk (Xəlilov
Xəlil Rza oğlu)
(1932-1994) - şair, tənqidçi,
ədəbiyyatşünas, 1954-cü ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
filologiya elmləri doktoru (1969), Azərbaycanın
əməkdar incəsənət xadimi (1986),
M.F.Axundov adına ədəbi mükafat laureatı
(1991), Azərbaycanın Xalq şairi (1992).
Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsinin jurnalistika şöbəsində
təhsil almışdır (1949-1954). Əmək
fəaliyyətinə «Azərbaycan qadını»
jurnalı redaksiyasında ədəbi işçi
kimi başlamışdır (1955-1957). Moskvada
M.Qorki adına Ədəbiyyat İnstitutu
nəzdindəki ali ədəbiyyat kurslarının
müdavimi olmuşdur (1957-1959), sonra Azərbaycan
Pedaqoji İnstitutunda baş müəllim
işləmişdir (1959-1960). Azərbaycan
Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutunda baş elmi işçi, sonra
aparıcı elmi işçi kimi çalışmışdır
(1969-1994). «Müharibədən sonrakı
dövrdə Azərbaycan sovet ədəbiyyatında
poema janrı» mövzusunda namizədlik dissertasiyası
müdafiə etmişdir. «Məqsud Şeyxzadənin
poeziyası və Azərbaycan-özbək
ədəbi əlaqələrinin aktual problemləri»
mövzusunda doktorluq dissertasiyası müdafiə
etmiş, filologiya elmləri doktoru alimlik dərəcəsi
almışdır. İlk mətbu şeri
- «Kitab» 1948-ci ildə «Azərbaycan pioneri»
qəzetində dərc olunmuşdur. Bu vaxtdan
dövri mətbuatda şerləri, ədəbi-tənqidi
məqalələri ilə müntəzəm
çıxış etmişdir.
Bahar gəlir (1957), Sevən gözlər (1959),
Məhəbbət dastanı (1961), Mənim
günəşim (1963), Qollannı genişaç
(1965), Yeni zirvələrə (1971), Ucalıq,
(1973), Doğmalıq (1977), Taparam səni (1980),
Ömürdən uzun gecələr (1982),
Hara gedir bu dünya (1983), Məndən başlanır
vətənim (1988), Davam edir 37 (1992), Ayla günəş
arasında (1992), Qəhrəman Təbrizim
(1994), Türkün dünyası (1994), Mən
Şərqəm (1994), Bağışla,
ey vətən (1995), Uzun sürən gənclik
(1998), Lefortovo zindanında (1998), İlk Allahım,
son Allahım - mübarizə (1999), İstiqlal
nəğməkarı (2000) kitabların müəllifidir.