Əli Səmədov (Əli
Qafur)
Əli
Səmədov 1930-cu il sentyabrın 1-də
Göyçay rayonunun Mallışıxlı
kəndində müəllim ailəsində
anadan olmuşdur.
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun teatrşünaslıq fakültəsində
təhsil almışdır. O, əmək
fəaliyyətinə 1953-cü ildə Artyomda
tərbiyəçi-müəllim kimi başlamışdır.
Sonra Azərbaycan SSR Mədəniyyət Nazirliyində
inspektor, respublika kinoprokat idarəsində
rəis müavini, Azərbaycan Kinematoqrafçılar
İttifaqında sovet incsənətinin təbliği
bürosunun direktoru, «Azərbaycan pioneri» qəzeti
redaksiyasında «Ədəbiyyat və incəsənət»
şöbəsinin müdiri olmuşdur.
Azərbaycan Dövlət Televiziya və Radio
verilişləri komitəsində ədəbi-dram
redaksiyasında redaktor işləyir.
Ə. Səmədov ədəbi yaradıcılığa
1959-cu ilin mayında «Ədəbiyyat və
incəsənət» qəzetində çap
olunan «Unuda bilmirəm» hekayəsi ilə başlamışdır.
Bundan sonra dövri mətbuatda hekayələrlə
müntəzəm çıxış etmişdir.
Onun «Artıq tamah baş yarar», «Hərənin
bir ulduzu», «Kibrit çöplərinin macərası»
və s. əsərləri respublika dövlət
teatrında tamaşaya qoyulmuşdur.
«Artıq tamah baş yarar» nağıl-pyesi
1964 – 1983-cü illərdə A. Şaiq adına
Dövlət Kukla Teatrında 1500 dəfə
tamaşaya qoyulmuşdur. Əsərləri
SSRİ xalqlarının dillərinə tərcümə
olunmuşdur. .