Babayev Nurəddin Həsən
oğlu
–
görkəmli jurnalist, nasirdir. Azərbaycan
respublikasının əməkdar mədəniyyət
işçisi, professor, «Qızıl qələm»
mükafatı layreatıdır. (1921 – 1991).
Nurəddin Babayev Azərbaycan jurnalistikası
və publisistikasında öz yeri, mövqeyi
olan sənətkarlardandır.
Babayev Nurəddin Həsən oğlu 1921-ci
il martın 21-də Gəncə şəhərində
dəmiryolçu ailəsində doğulmuşdur.
Orta məktəbi bitirdikdən sonra, 1944 –
1949-cu illərdə S. M. Kirov adına ADU-nun
filologiya fakültəsində təhsil almışdır.
Ədəbi fəaliyyətə 1939-cu ildə
başlamış, bundan sonra məqalə,
oçerk və hakayələri ilə vaxtaşırı
çıxış etmişdir. İlk «Əbədi
qəhrəmanlıq» kitabı 1945-ci ildə
çap olunmuşdur.
Jurnalistlik fəaliyyətinə «Azərbaycan
Pioneri» qəzetində başlayan N. Babayev
Böyük Vətən müharibəsi dövründə
döyüşən ordunun tərkibində
vuruşmuş və yaralanmışdır.
Tərxis ədildikdən sonra 1943 – 1945-ci
illərdə «Kommunist» qəzeti redaksiyasında
şöbə müdiri, «Azərbaycan müəllimi»
qəzetində redaktor müavini, 1953-cü
ildən isə Uşaqgəncnəşrdə
baş redaktor və eyni zamanda ADU-nun jurnalistika
kafedrasında baş müəllim vəzifəsində
çalışmışdır. O, 1958-ci
ildə «Azərbaycanda bədii oçerkin inkişafı»
mövzusunda namizədlik dissertasiyası müdafiə
edərək filologiya elmləri namizədi
alimlik dərəcəsi almışdır.
1982-ci ildə o, Azərbaycan Respublikasının
əməkdar mədəniyyət işçisi
fəxri adına layiq görulmuşdur.
N. Babayev 1991-ci il sentyabrın 27-də vəfat
etmiş və Bakı şəhərində
dəfn edilmişdir.