Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Şair və yazıçılar



 


Hüseynzadə Əli Mirzağa oğlu

Hüseynzadə Əli Mirzağa oğlu 1906-cı ildə Pəhləvidə (İran) anadan olmuşdur. Orta məktəbi Bakıda qurtarmışdır.

1923-cü ildə Bakı Ali Pedaqoji institunun filoloji-tarix fakultəsinə daxil olan Əli Hüseynzadə 1926-cı ildə oranı bitirib Xalq Maarif Komissarlığı tərəfindən Nuxa Pedaqoji texnikumuna müəllim vəzifəsinə göndərilmişdir. 1927-ci ildən 1931-ci ilə kimi Dərbənd Pedaqoji texnikumunda müəllim işləyir. 1931-ci ildə Bakıya gəlir və Pokrovski adına Bakı fəhlə fakultəsində müəllimlik edir.

1933-cü ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin zəmanətilə Leninqraddakı N.Y.Marr adına mədəniyyət tarixi institutunun aspiranturasına daxil olur. Aspiranturanı bitirdikdən sonra Leninqrallakı SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq institutunda kiçik elmi işçi vəzifəsində işə düzəlir.

Əli Hüseynzadə 1955-ci ildə Bakıya gələrək Azərbaycan SSR Elmlər Akademiyası tarix institutunda əvvəlcə laborant, sonra isə kiçik elmi işçi vəzifələrində işləyir.

Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya institutunda baş elmi işçi vəzifəsində çalışır.

Əli Hüseynzadə 1982-ci il avqustun 14-də Bakıda vəfat etmişdir.

   

© Musigi Dunyasi