Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Şair və yazıçılar



 


Abbasov Əyyub Cəbrayıl oğlu

(1905 – 1957) – yazıçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi.

Ə. Abbasov 1905-ci ildə keçmiş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. İki il kənd məktəbində oxumuşdur. Sonralar Naxçıvanda bir dərəcəli məktəbi və Pedaqoji texnikumu btirib, 1928-ci ildə Bakıda Pedaqoji instituta daxil olmuşdur.

1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji texnikumunda dərs hissə müdiri, 1932 – 33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933 – 34-cü illərdə «Kommunist» qəzeti redaksiyasında çalışmışdır.

Ə. Abbasov 1934 – 37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937 – 39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939 – 41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943 – 47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947 – 48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949 – 57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir.

Ə. Abbasov 1957-ci iln dekabrında vəfat etmişdir.

   

© Musigi Dunyasi