Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Şair və yazıçılar



 

  • Cəlal Cavadovun məktublarının arxivi
  • Cəlal Cavadova yazılmış məktubların arxivi

Cəlal Novruz oğlu Cavadov

yazıçı. Cəlal Bəgüşad 1924-cü il, iyunun 22-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1942-ci ildə Qubadlı kəndli-gənclər orta məktəbini bitirərək Böyük Vətən müharibəsində getmişdir. Qara dəniz sahillərində alman faşistlərinə qarşı vuruşmaların birində ağır kontuziya olmuşdur.

C. Bərgüşad 1951-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmiş, bu ildən 1958-ci ilədək «Azərbaycan pioneri» qəzetində ədəbi işçi işləmişdir. 1958-ci ildən indiyədək Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri komitəsində böyük redaktor vəzifəsində çalışır.

C. Bərgüşadın ilk mətbu şerri 1946-cı ildə Qubadlının «Avanqrd» qəzetində dərc olunmuşdur. Buna baxmayaraq onun ədəbiyyata gəlmiş oçerk janrı ilə bağlıdır. O, «Cəsur oğlanın yanında», «Toydan sonra», «Həkim» və s. oçerklərində maddi nemətlər bolluğu yaradan, zəhmətlə, əməklə uçalan adamların obrazlarını yaratmağa nail olunmuşdur.

C. Bərgüşadın ssenariləri əsasında çəkilmiş «Göy-göl», «Çinar yarpağı», «Torpağın rəngi», «Çoban Boran» sənədli filmləri dəfələrlə respublika və Mərkəzi televiziya ekranlarında nümayiş etdirilmişdir.

Yazıçının müxtəlif illərdə «Boz atın belində» (1958, 1970), «Gələcəyi yaradanlar» (1961), «Təzə gəlin» (1962), «Toydan sonra» (1964), «Dərilməmiş salxışlar» (1974), «Siyrilmiş qılınc» (1981) romanları çapdan çıxmışdır.

Yazıçı Fransa və Monako (1960), Rumıniya, Bolğarıstan, Macarıstan, Yuqoslaviya, Avstriya, Çexoslovakiya (1965), Finlandiya və İsveç (1968), Polşa (1973), Türkiyə və Misir (1975), ADR (1978) və b. illərdə olmuş, səfər və yol xatirələrini yazılmışdır.

Cəlal Bəgüşad 1996-cı il iyulun 9-da vəfat etmişdir.

 

   

© Musigi Dunyasi